Öz ərizəsi ilə işdən çıxanlara müavinət verilə bilər

Baxılıb:177
Öz ərizəsi ilə işdən çıxanlara müavinət verilə bilər

“Öz ərizəsi ilə işdən çıxanlarla bağlı Dövlət Məşğulluq Agentliyi ilə danışıqlar aparırıq”.

Aztimes.az  xəbər verir ki, bunu Milli Məclisin iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik layihəsinin II oxunuşda müzakirəsi zamanı deyib.

“Gələcəkdə öz ərizəsi ilə çıxan və bir müddət işsiz qalan şəxslərə hər hansı bir şəkildə sosial müavinət və ya dəstək verilə bilər”, – deyə deputat əlavə edib.

Musa Quliyev bildirib ki, koronavirus pandemiyası dövründə 327 min şəxsin işdən çıxması ilə bağlı məlumat verilib:

“Onu da vurğulayım ki, bu müddət ərzində 387 min insan isə işə qəbul olunub”.


Abunəlik