Overçuk erməni həmkarı ilə nəyi müzakirə edib? – 5 saatlıq görüşün detalları

Baxılıb:106
Overçuk erməni həmkarı ilə nəyi müzakirə edib? – 5 saatlıq görüşün detalları

Rusiya baş nazirinin müavini Aleksey Overçuk və onun erməni həmkarı Mqer Qriqoryan arasında görüş 5 saat davam edib və bu görüşdə ikitərəfli gündəm ətraflı müzakirə olunub.

Overçuk bu barədə jurnalistlərə bildirib.

“Görüşün müddəti onu deməyə əsas verir ki, bizim çoxlu müştərək işlərimiz var, nəqliyyat kommunikasiyaları və qarşılıqlı ticarət, humanitar əməkdaşlıq, turizm və aviasiya məsələləri müzakirə olunub”, – deyə Overçuk qeyd edib.

O xatırladıb ki, 2023-cü ildə Ermənistana 1 milyona yaxın rusiyalı turist gəlib və bu istiqamət ruslar arasında böyük tələbatdır.

“Xalqımız bura gəlməyi sevir, burada həmişə erməni xalqının dostluğunu və hərarətini hiss edir, ona görə də biz ölkələrimiz arasında bu əlaqələri gücləndirmək üçün mümkün olan hər şeyi edəcəyik”, – Rusiya baş nazirinin müavini əlavə edib.

O, Nikol Paşinyanla görüşə də toxunub.

“Biz Ermənistan iqtisadiyyatının necə böyüdüyünü və inkişaf etdiyini, Avrasiya İqtisadi İttifaqında ən yaxşı ÜDM göstəricilərini nümayiş etdirdiyini görürük və hamımız başa düşürük ki, bu cür iqtisadi uğurlar ilk növbədə Aİİ ilə inteqrasiya əlaqələri sayəsində əldə edilir”, – Overçuk qeyd edib.

Rusiya baş nazirinin müavini qeyd edib ki, Ermənistan birlik çərçivəsində aktiv müsbət rol oynayır. Paşinyanla görüşdə Ermənistanın Avrasiya inteqrasiyasında iştirakı məsələsi də müzakirə olunub.

Qeyd edək ki, Overçukun nümayəndə heyəti sentyabrın 13-də Ermənistana gəlib.


Abunəlik