Orucluqdan sonra düzgün qidalanmanın YOLLARI

Baxılıb:67
Orucluqdan sonra düzgün qidalanmanın YOLLARI

Ramazan ayında oruc tutanların sağlamlığını qorumaq və düzgün bəslənmək üçün bəzi önəmli tövsiyələr mövcuddur.

Bəs orucluqdan sonra düzgün qidalanmaq üçün nələrə fikir vermək lazımdır?

Diyetoloq Leyla Zülfüqarlı Ramazan sonrası bəslənmə zamanı önəmli olan məqamlarla bağlı danışıb:

“Ramazan ayı sağlam qidalanma üçün bir fürsətdir. Çünki gün ərzində müəyyən müddət, orqanizm boş qalır. Biz təxminən 16 saat qidalanmırıq. Bu zaman metabolizmanın sürətinin ləngiyə biləcəyi ilə bağlı bəzi narahatlıqlar ola bilir. Məhz bu səbəbdən də iftar zamanı metabolizmi sürətləndirən qidalar qəbul edirdik. Orucluq bitdikdən sonra da eyni şey təkrar olunmalıdır. Çünki, orucluq müddətində hər gün 16 saatlıq fasilə verən orqanizm birdən-birə öz rutininə qayıdır və düşünsək ki, az da olsa, metabolizm prosesi zəifləyib, birdən-birə aşırı kalorili – yağlı, duzlu, şəkərli və qatışdırılmış qidaları çox qəbul etmək səhhətimizdə ciddi problemlər meydana çıxara bilər.

Bu səbəbdən də orucluq bitdikdən sonra da fasiləli şəkildə, gündə iki dəfə deyil, üç dəfə qidalana bilərik. Amma yenə də qidaları qarışdırmamaq və daha az karbohidratlı qidalara üstünlük vermək, daha çox kərə yağı, zeytun yağı, çərəzlərdən və meyvə-tərəvəzlərdən istifadə məsləhət görülür. Tərkibində şəkər olan məhsullar, un məmulatları, makaron, düyü, kartof kimi məhsullar azaldılmalıdır.

Çay saatı ilə yemək saatı qarışdırmamalıdır. Əgər bunu idarə edə bilsək, üç həftə ərzində, yavaş-yavaş metabolizmimiz öz əvvəlki vəziyyətinə qayıdacaq”, – deyə L. Zülfüqarlı bildirib.


Abunəlik