“ORBİTA” MTK-nın rəhbərindən nümunəvi addım

Baxılıb:737
“ORBİTA” MTK-nın rəhbərindən nümunəvi addım

Hər kəsə bəllidir ki, Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev, ölkə əhalisinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə, 19 mart 2020-ci il tarixdə Fərman imzaladı. İmzalanmış Fərman əsasında ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımların atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə, “Koronavirusla Mübarizəyə Dəstək Fondu” da yaradıldı. Yaradılmış bu Fondun başlıca məqsədi, məhz koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə, 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan bu Fonda ilkin olaraq 20 milyon manat pul vəsaiti ayrıldı və yaradılmış “Koronovirusla Mübarizəyə Dəstək Fondu”na, hər bir fiziki və hüquqi şəxs könüllü ödəmələr də həyata keçirə bilər. Onu da qeyd edək ki,Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir illik əməkhaqqı məbləğini “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na ianə edib.
Ölkə rəhbəri tərəfindən belə bir addım atıldığından, ötən günlər ərzində bir çox vəzifə sahibləri, ayrı-ayrı iş adamları və s. cənab Prezidentdən bir növ nümunə götürərək, bu yöndə addımlarını artmağa başladılar. Həmin şəxslərdən biri də, məhz “ORBİTA” MTK-nın rəhbəri Bağıyev Famil Qambay oğlu oldu. Əldə etdiyimiz müəyyən məlumatlara görə, adı çəkilən bu şəxs koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə kömək göstərilməsi məqsədilə, 24 mart 2020-ci il tarixdə “Azərbaycan Beynəlxalq Bankı”nın mərkəzi filalına 10 (on min) manat məbləğində pul vəsaiti köçürür. Famil Bağıyevin bu yöndə atdığı addım, əslində onun əsl vətəndaş mövqeyindən çıxış etdiyini ortaya qoymuş oldu. Ona görə də, bu cür Vətən oğullarını hər zaman alqışlamaq, hər zaman dəyərləndirmək və s. hər birimizin ən ümdə vəzifəmiz olmalıdır. Eşq olsun xalqını, Vətənini sevən bu cür övladlara!


AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir