Operativ Qərargah rəsmisindən XƏBƏRDARLIQ!: Məhdudiyyətlər ola bilər
Preventiv tədbirlərə daha çox diqqət etməliyik. Günlük yoluxma sayı az ola bilər, çünki biz cəmiyyət olaraq analiz üçün əvvəlki kimi çox müraciət etmirik. Real rəqəmlər bəlkə də bundan qat-qat çoxdur.
AZTİMES.az xəbər verir ki, bu sözləri ARB-24-də yayımlanan “Nə baş verir?” verilişində qonaq olan Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib.
O əlavə edib ki, hər bir ölkənin bəlli səhiyyə resursları var:
“Xəstəxanalardakı doluluq miqdarı həddi keçərsə, günlük 10 minlik yoluxma 2-3 həftə davama edərsə, bəlli məhdudiyyətlərin arıtılma ehtimalı yaranır”.