“Öpdüyünüz alnımla yalnız sizə səcdə edəcəyəm”

Baxılıb:441
“Öpdüyünüz alnımla  yalnız sizə səcdə edəcəyəm”

Böyük Vətən müharibəmiz davam edir. Bütün Azərbaycan bir Orduya çevrilib, haqq işi uğrunda mübarizə aparır. Ordumuz ďüşmənin belini qırıb, rəşadət göstərir. Utanc günlərimizi Ordumuz bizə sevinc xəbərləri ilə unutdurur. Qədim bir xalqın ulusunun öz soyuna müqəddəsliyi qorunur. Bir sözlə, Azərbaycanın tarixinə Qızıl hərflərlə yazılacaq bir tarix yazılır. Elə bil tarix ki, nəğmələrdə səslənəcək, dastanlarda yaşanacaq. Elə bir tarix ki, sətirlərə köçürüləcək, laylalara hopulacaq. Oğullarımız qanıyla yazır bu tarixi. Müqəddəs məqama yüksəlişlə əldə edir bu zəfəri , zərrə – zərrə , qram – qram. Qələbəmizə qədər Şəhidlərimiz haqqında yazmayacağıma söz vermişəm. Ona görə yox ki, onları unutmuşam, ona görə ki, düşmən sevinməsin, ona bac verməyim. Şəhid olan igidlərimizə verdiyim sözü tutacağam. Əzizlərim, alnımdan öpərək dediyiniz sözlər bir an da qulağımdan getmir. Mərd olacam, Siz istədiyiniz kimi. Hər şeyi düz deyəcəm, siz dediyiniz kimi. Öpdüyünüz alınla yalnız Sizə səcdə edəcəyəm. Sizinlə qürur duyuram. “Olmasam , ruhum da səni qoruyacaq” – deyən igidlərim Siz hər zaman olacaqsız, Siz tarixdə qalacaqsız.

Şəhid, yeganə şəxsdir ki, həyatı kimi ölümünü də özü seçir, ölüm ona gəlmədən, o ölümə tərəf gedir.

Şəhid yeganə bəndədir ki, sanki elə şəhid doğulur və öz məqamına layiq həyat tərzi sürür . Bu sürəcdə insanlar onu sadəcə yaxşı bir adam olaraq tanısalar da daha yüksək məqam və hədəflərindən xəbərsiz olurlar.

Şəhid yeganə vəzifədir ki, öz ölümü ilə bütün bəşəriyyətə nicat bəxş edir, qanı ilə ətrafındakıları qoruyur.

Şəhid yeganə şəxsdir ki, qanının ilk qətrəsi yerə düşməklə günahları bağışlanar.

Şəhid yeganə şəxsdir ki, yataqda ölməyi özünə rəzillik bilər.

Şəhid yeganə şəxsdir ki, ölümün ağrısını hiss etməz.

Şəhid yeganə şəxsdir ki, dəfn olunduğu məzarlığı gülüstana çevirər.

Məqamınız mübarək, igidlərim, məqamınız mübarək ürəyimin pıçıltıları, məqamınız mübarək sirrim , sözüm olanlar. Məqamınız mübarək acılarımın məlhəmləri. Məqamınız mübarək , Vətənimin ərənləri ❤🇦🇿❤


Abunəlik