“Onun elədiyi alçaqlıqdır, amma vəzifə səlahiyyətini aşmaq…”

Baxılıb:196
“Onun elədiyi alçaqlıqdır, amma vəzifə səlahiyyətini aşmaq…”


“Burada gizli çəkilişdən söhbət gedə bilər. Amma prokurorluğun məlumatında vəzifə səlahiyyətlərini aşma maddəsi haqda konkretlik yox idi. Burada vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdən söhbət gedə bilməz”
Bu sözləri Yenisabah.az-a vəkil Mehman Muradlı Baş Prokurorluğun polkovnik Zaur Mirzəyev barəsində Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanmasına münasibət bildirərkən deyib.
Mehman Muradlı deyib ki, vəzifə səlahiyyətini aşmaq korrupsiya cinayəti sayılır: “Kimsə kiməsə onunla cinsi əlaqədə olmağa psixoloji təzyiq edirsə, bunu etməsə, hətta işdən azad edəcəyini deməsi belə, vəzifə səlahiyyətlərindən sui-istifadə demək deyil. Bu, artıq, Əmək Məcəlləsi ilə tənzimlənən məsələdir. Burada cinayət tərkibi yoxdur. Mən o adamı müdafiə etmirəm. Onun elədiyi alçaqlıqdır. Amma bu məsələnin mənəvi tərəfidir”.

Vəkil bildirib ki, belə hadisələr insanlarda dövlət orqanalrına qarşı inamı sındırmaqla yanaşı orada işləyən doğmalarına güvəni də heçə endirir:

“Kimdəsə həyat yoldaşına, bacısına, anasına qarşı inamsızlıq formalaşdıracaq. Bu artıq pornoqrafik materialları yaymaqdır, gizli çəkilmiş materialdır. Vəzifədə olan da, olmayan da bunu edə bilər. Kiminsə kimləsə cinsi münasibət yaşaması vəzifə səlahiyyəti deyil. Amma Əmək Məcəlləsində cinsi qısnama var. Burada heç bu da yoxdur. Cinsi qısnama kiminsə kiməsə onunla cinsi münasibət yaşamasa işdən çıxması və ya cinsi əlaqə yaşaması üçün etdiyi psixoloji təzyiqdir. Burada bu materialı yayan adamı tapmaq lazımdır, əgər, şəxs özü yayıbsa, deməli, ilk cinayəti edib. Digər cinayət əməlini isə, bunu sosial şəbəkələrə buraxanlar edib. Burada da həbs yox, cərimə ola bilər”.

AzTimes.az


Abunəlik