Ömrünüzü 20 il uzadacaq səkkiz VƏRDİŞ
ABŞ alimləri insanın ömrünü 20 il və ya daha çox uzada biləcək bir sıra vərdişlərin olduğunu göstərən genişmiqyaslı araşdırma aparıblar.
Alimlər qırx yaşdan yuxarı insanların ömrünü izləyib.
Araşdırmalar göstərib ki, sağlam həyat tərzi və əlaqəli vərdişlər ömrü əhəmiyyətli dərəcədə uzadır.
“Sağlam həyat tərzi həm də şəxsi rifah üçün vacibdir. Nə qədər tez başlasanız, bir o qədər yaxşıdır. 40, 50 və ya 60 yaşlarınızda kiçik bir dəyişiklik etsəniz belə, yenə də faydalı olacaq”, – deyə tədqiqatın aparıcı müəllifi Dr. Xuan-May Nquen bildirib.
Belə ki, tədqiqatlar 40 yaşında bu səkkiz vərdişin hamısına sahib olan qadınların bu vərdişlərdən heç biri olmayan qadınlardan orta hesabla 21 il daha çox yaşaya biləcəyini müəyyən edib.
Eləcə də səkkiz vərdişin hamısına sahib olan 40 yaşlarında olan kişilər olmayanlardan orta hesabla 24 il daha çox yaşaya bilirlər.
Belə ki, bura daxildir: siqaretdən imtina, müntəzəm spirt və narkotik istifadəsinin olmaması, düzgün qidalanma, yaxşı yuxu, stressin idarə edilməsi, fiziki fəaliyyət və müsbət emosiyalara səbəb olan digər insanlarla münasibətlər.