Öldüyü deyilən ekstrasens yenidən gündəmə gəlib
Təxminən bir ay öncə ölüm xəbəri yayılan və sonradan yaralı olduğu aydınlaşan ekstrasens Nadim yenidən gündəmə gəlib.
Hər zaman tənqid olunan ekstrasensldən fərqli olaraq, Nadimin addımı alqışlanıb. Belə ki, Nadim Alixanov 2 dəfə Sovet İttifaqı ordeni ilə təltif edilmiş, qəhrəman Həzi Aslanovun məzarınıa gedib. O, general Həzi Aslanovun məzarı üstündə müəyyən təmizlik işləri görərək, sosiallaşdırıb.
Onu da qeyd edək ki, əsasən Rusiyada ekstrasenslik fəaliyyəti ilə məşğul olan Nadim Alixanov öz doğum gününü qeyd edərkən, tanımadığı şəxslərin silahlı atəşmasında yaralanmışdı.