Oğuzda polis əməkdaşları şəhid ailələrini ziyarət ediblər

Baxılıb:248
Oğuzda polis əməkdaşları şəhid ailələrini ziyarət ediblər


AzTimes.az xəbər verir ki, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları Novruz bayramı ərəfəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhid ailələri və aztəminatlı soydaşlarımıza baş çəkiblər.
Şəhid ailələri ilə görüşdə qəhrəmanlarımızın igidlik salnamələrindən danışılıb, onların keçdikləri şərəfli döyüş yolu xatırlanıb.
Aztəminatlı ailələrin də evində qonaq olan polis əməkdaşları onlarla həmsöhbət olub, qayğıları ilə maraqlanıblar. Bayram münasibətilə ailələri təbrik edən asayiş keşikçiləri gətirdikləri sovqatları onlara təqdim ediblər.


Abunəlik