Oğuzda ov faciə ilə nəticələndi
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan AzTimes.az-a verilən məlumata görə, fevralın 1-də Oğuz rayonunun Dəymədağlı kəndi ərazisində bir nəfərin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin vaxt ov edən Bərdə rayon sakini Hüseyn Cavadovun ehtiyyatsızlıqdan tüfəngdən açdığı atəşdən Habil Abdullayevin xəsarət alması müəyyən olunub. Yaralıya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hüseyn Cavadovdan isə müvafiq sənədləri olan ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.