Oğul anasını döyərək xəstəxanalıq etdi
AzTimes.az xəbər verir ki, Bakının Nəsimi rayonunda oğul anasını ağacla döyərək ağır vəziyyətə salıb.
Yaralı qonşuların köməkliyi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
1957-ci il təvəllüdlü A.Mustafayeva qapalı kəllə-beyin travması, alın nahiyyəsinin açıq yarası və burun sümüklərinin yer dəyişən sınığı diaqnozu qoyulub.
Yaralı reanimasiya şöbəsinə yerləşdirilib. (APA)
(apa)