Oğlunu universitetə qoymaq üçün 15000 dollar verdi -ALDADILDI/ VİDEO

Baxılıb:770
Oğlunu universitetə qoymaq üçün 15000 dollar verdi -ALDADILDI/ VİDEO

AzTimes.az xəbər verir ki, bu barədə jurnalist Anar Məmmədov öz Facebook hesabında məlumat yayıb. “YAP-çı xanıma qarşı dələduzluq.Mehriban Fərruxlu və “Sabahinfo” saytının rəhbəri Adil Adilzadə birləşərək YAP -ın Nəsimi rayon təşkilatında təlimçi kimi çalışan Mətanət Səfərlinin övladını Odlar Yurdu universitetinə düzəltmək adı ilə 15 000 ABŞ dolları pul alıb ki, rektorun sürücüsü məsələni həll edəcək. Amma uşaq unversitetə qəbul ola bilməyib. Mətanət Səfərlinin pulunu geri ala bilmədiyindən Baş prokurorluq yanında Korrupsiya ilə Mübarizə baş İdarəsinə şikayət etməsi, orada şikayətlə bağlı araşdırma başladıb.Xatırladım ki, Adil Adilzadenin saytı hətta medai reystrindən keçib…”Bu məlumatdan sonra Baş prokurorluğa sorğu yollandıq. Qurum AzTimes.az-a açıqlamasında bildirdi ki, verilən məlumat doğrudur. Lakin Baş prokurorluq yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsində araşdırma yekunlaşaraq Nizami RPİ- yə verilib. Məsələ ilə bağlı hadisədə adı keçən Mehriban Fərruxluyla əlaqə saxladıq o ,Nizami RPİ-də istintaq getdiyi üçün heç bir məlumat verməyəcəyini bildirdi.Nəzərinizə çatdıraq ki, Mətanət Səfərli keçmiş millət vəkili mərhum Mais Səfərlinin həyat yoldaşıdır.

Saidə Vəliyeva /AzTimes.az/


Abunəlik