Oğlanlar da məktəbə yubkada gedə biləcək
Azerforum.com xəbər verir ki, Mexiko hakimiyyəti şəhərin təhsil müəssisələrində, oğlanlara yubka, qızlara isə şalvar geyinmək icazəsini verərək, məktəbli formasını “neytral” ediblər.
“Biz Mexikonun Təhsil naziri Esteban Moktesuma Barraqanla şəhərdə neytral məktəbli formasının tətbiqi haqda elan edirik. Artıq yubka qızların, şalvar isə oğlanların eksklüziv atributu sayılmır. Bərabər hüquqların irəliləməsi üçün sadə addımlar”, – Mexikonun şəhər meri Klaudiya Şeynbaum Tvitterdəki mikrobloqunda yazıb.
Yenilik bu bazar ertəsindən qüvvəyə minib. Bununla yanaşı, Mexikonun Təhsil naziri ölkənin digər ştatlarını da analoji qərar qəbul etməyə səsləyib.
AzTimes.az