“Odlar Yurdu” Avropa Kubokunda nə qədər avro qazandı? – FOTO

Baxılıb:229
“Odlar Yurdu” Avropa Kubokunda nə qədər avro qazandı? – FOTO

Şahmat üzrə “Odlar Yurdu” komandasının onlayn keçirilən klublararası Avropa Kubokunda qazandığı məbləğ bilinib.

Aztimes.Az-ın xəbərinə görə, “Odlar Yurdu” final mərhələsində doqquz xal toplaya bilib. Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Nicat Abasov, Vasif Durarbəyli, Eltac Səfərli və Cahangir Ağarəhimovdan ibarət komandamız bu nəticə ilə beşinci olub.

Komandamız buna görə cəmi 1000 avro qazanıb. Dördüncü yerin sahibi “Poland Husars” (Polşa) 1500, bürünc mükafatçı “Mednı Vsadnik” (Rusiya) 2 min və gümüş medalçı “Klişi Eşek 92” (Fransa) 3 min avroya yiyələnib. Çempion olan Almaniyanın “Daytsizau” komandası isə 4 min avro əldə edib.

Bundan başqa, “Vasili Smıslov” xüsusi mükafatı turnirin ən yaxşı oyununun qalibinə verilib. Buna, polşalı Mateuş Bartel üzərində qələbə qazanmış rusiyalı Vladislav Artemyev layiq görülüb.

Həmçinin hər lövhə üzrə ən yaxşı ilk üç şahmatçıya 400 avro verilib. Azərbaycandan Nicat Abbasov üçüncü, Vasif Durarbəyli dördüncü və Eltac Səfərli beşinci lövhə (ehtiyat oyunçular üçün lövhə) üzrə 400 avro qazanıb.

Bununla da “Odlar Yurdu”nun ümumi qazancı 2200 avro olub.

Qeyd edək ki, bu yarışda Azərbaycandan “Təhsil İdman”, “Vüqar Həşimov”, “Gənclik”, “Naxçivan – Noas Lənd” komandaları da mübarizə aparıb.


Abunəlik