Obyektlərə daxil olan polis necə davranmalıdır? – DİN-dən AÇIQLAMA

Baxılıb:222
Obyektlərə daxil olan polis necə davranmalıdır? – DİN-dən AÇIQLAMA

Son zamanlar polis əməkdaşlarının hər hansı qapalı məkana və ya ictimai iaşə obyektinə daxil olarkən aqressiv davranması və vətəndaşlara təzyiq göstərməsi ilə bağlı bir sıra videolar yayılır. Sonradan görürük ki, vəzifəsindən sui-istifadə edən həmin əməkdaşların bəziləri işindən azad olunur.

Bəs maraqlıdır ki, polis əməkdaşı obyektə daxil olarkən özünü necə aparmalı və təqdim etməlidir?

AzTimes.az  bildirir ki, “news24.az” bu suala cavab tapmaq üçün Daxili İşlər Nazirliyinin rəsmisi, polis polkovniki Ehsan Zahidovun fikirlərini öyrənib.

O, polis əməkdaşlarının rəftar qaydasını belə izah edib:

“Polis əməkdaşı obyektə daxil olduqdan sonra özünü təqdim etməli, daha sonra Nazirlər Kabinetinin qərarlarının icrası ilə bağlı nəzarət qaydasında məkana baxmalı və hər hansı bir qayda pozuntusu varsa, onu qeydə almalıdır.

Yekun olaraq isə protokol yazıb təqdim etməlidir. Vətəndaş hər hansı bir polis əməkdaşının tələbinə tabe olmaz və özünü təqdim etməzsə, bu halda həmin şəxs bölməyə də aparıla bilər. Polis bölməsində isə onun şəxsiyyəti müəyyən edilir.

Polis əməkdaşı mülki formada obyektə daxil olursa, öz vəsiqəsini təqdim etməlidir. Ancaq xidməti geyimdə daxil olursa, bu zaman ehtiyac yaranmaz.

Polis əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar qapalı məkanlara girə bilər. Bu, onun vəzifəsidir və heç bir qayda pozuntusu yoxdur.

Vətəndaş səbirsiz davranış formasını göstərirsə, polis onu sakitləşdirməlidir. Əgər qanuna tabe olmursa, polisə qarşı müqavimət göstərirsə, həmin şəxs bölməyə aparılır və barəsində qanuna müvafiq sənədləşmə işləri aparılır”.


Abunəlik