O da Zelenski ilə görüşdən imtina etdi – ABŞ-da nə baş verir?

Baxılıb:43
O da Zelenski ilə görüşdən imtina etdi – ABŞ-da nə baş verir?

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri respublikaçı Mayk Conson Vaşinqtonda Vladimir Zelenski ilə görüşməyəcəyini bildirib.

Conson bu həftə Zelenski ilə görüş cədvəlinə əlavə edə bilmədiyini açıqlayıb. O, hətta həmin müddətdə şəhərdə olacağına əmin olmadığını bildirib.

Vaşinqtonda Zelenski prezident Co Bayden və Demokratik namizəd Kamala Harris ilə ayrı-ayrılıqda görüşlər keçirmək niyyətindədir.

Bundan əvvəl Conson Zelenskidən Oksana Markarovanı Pensilvaniyadakı silah zavoduna səfərini təşkil etdiyinə görə Ukraynanın Vaşinqtondakı səfiri vəzifəsindən uzaqlaşdırmağı tələb edib və bu səfəri prezident seçkilərinə müdaxilə adlandırıb. O, Amerika vergi ödəyiciləri hesabına baş tutan bu səfəri seçkilərə müdaxilə adlandırıb, çünki bu, Demokrat Partiyasının kampaniyası çərçivəsində olub.


Abunəlik