Nüvə sazişinə YENİ NƏFƏS VERİLİR: vədlərə kim əməl etməyib?

Baxılıb:153
Nüvə sazişinə YENİ NƏFƏS VERİLİR: vədlərə kim əməl etməyib?

Rusiya, Çin və İran nüvə sazişi üzrə razılaşmanın davam etdirilməsinin tərəfdarı olduqlarını bildiriblər.

Bu barədə İranın “Tasnim” xəbər agentliyinin dərc etdiyi üç ölkənin birgə bəyanatında deyilir .

Sənəddə qeyd olunur ki, Moskva, Pekin və Tehran ardıcıl olaraq nüvə sazişinə (Birgə Kompleks Fəaliyyət Planı – JCPOA) güclü dəstək veriblər. ABŞ-ın sazişdən “qeyri-qanuni və birtərəfli” çıxmasından sonra üç dövlətin mövqeyi dəyişməyib. Rusiya, Çin və İran razılaşmaya üzv olan Qərb ölkələrinin verdikləri vədlərə baxmayaraq, fərqli yol seçdiklərindən təəssüfləndiklərini bildiriblər.

Birgə bəyanatda vurğulanıb ki, JCPOA-nın müddəaları qüvvədə qalır və nüvə sazişinin tam icrası İranın dinc nüvə proqramı ilə bağlı əksər sualları həll edə bilər və gərginliyi azaltmaq üçün bir vasitə rolunu oynayacaq.

Daha əvvəl bildirilmişdi ki, Çin prezidenti Si Cinpin və Fransa prezidenti Emmanuel Makron danışıqların yekunlarına dair birgə bəyanatda İranın nüvə probleminin sülh yolu ilə həllini müdafiə ediblər .

Bundan əvvəl Washington Post qəzeti İranın nüvə bombası yaratmağa yaxın olduğunu yazıb .


Abunəlik