Nürəddin Xocadan şok açıqlamalar: “Eldar Həsənov minlərlə insanın həyatını məhv edib, sındırıb” – Videomüsahibə
“Onun həbsinin arxasında təkcə büdcə məsələsi dayanmır… “
Son günlərin ən önəmli olaylarından biri Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənovun həbs olunması xəbəri oldu.
Xatırladaq ki, iki gün öncə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçildi. Bu məsələ həm mətbuatın, həm də sosial şəbəkələrin geniş müzakirə obyektinə çevrilib.
Sosial şəbəkələrdə gedən müzakirələrdə bir məqam çoxlarının diqqətini çəkdi.
Belə ki, Qarabağ qazisi, “Bozqurd” batalyonunun komandiri və Teref.az saytının baş redaktoru Nurəddin Xoca “Facebook” səhifəsində belə bir şərh yazıb: “Məni Eldar Həsənov şərlətdi, tutdurdu”.
Məsələyə daha geniş aydınlıq gətirmək, bu və digər suallara cavab almaq üçün Musavat.com-un əməkdaşları Nürəddin Xoca ilə görüşüb, söhbətləşib.
Həmin videomüsahibəni aşağıdakı videodan izləyə bilərsiniz.
AzTimes.az (teref.az)