Növbəli işin orqanizm üçün zərəri açıqlandı

Baxılıb:191
Növbəli işin orqanizm üçün zərəri açıqlandı

İstehsalla məşğul olan zavod və digər müəssisələrin işçiləri çox vaxt növbə ilə işləyirlər.

Bu isə göründüyü kimi, sağlamlığa olduqca zərərlidir.

Alimlər mövzu ilə bağlı araşdırma aparıblar. Onlar aşkar ediblər ki, 6 haldan 5-də növbəli işçilər digər əməkdaşlardan əhəmiyyətli dərəcədə aşağı məhsuldar olublar.

Mütəxəssislər qeyd ediblər ki, növbəli işin əsas zərərini impuls nəzarəti və koqnitiv reaksiya çəkir. Bu zaman düşüncələrin emal sürəti, yaddaş və diqqətlilik aşağı düşür.

Bununla yanaşı, növbəli iş yuxu pozğunluğuna, ürək-damar xəstəliklərinə, piylənməyə, diabetə və digər problemlərə səbəb olur.

Mənbə: ferra.ru


Abunəlik