Niyə narkotik və narkomaniya sürətlə inkişaf edir və yayılır?

Baxılıb:793
Niyə narkotik və narkomaniya sürətlə inkişaf edir və yayılır?

Dostlar, niyə narkotik və narkomaniya sürətlə inkişaf edir və yayılır?

Əvvəla onu qeyd edim ki, bildiyiniz kimi Narkomaniya ilə bağlı hər tədbir, təlim və müzakirələrdə illərdir hər dəfə eyni sözlər, eyni mesajlar və əsas da eyni sosial adamlar iştirak edir.
Ümumiyyətlə insanlar niyə buna qoşulur?
İlk qurşanan adamların sosial-mədəni statusu necə olub?
Hansı şəraitdə ilk dəfə istifadə edib? və s. bu kimi Narkomaniya ilə bağlı bir dənə də olsun sosioloji tədqiqat yoxdur.
Hələ ən mifoloji fikir də odur ki, insanlar idmanla məşğuı olanda narkomaniyaya risk azalır. Bəli idmanı hardasa asudə vaxtın təşkili kimi qiymətləndirmək olar. Amma düşünürəm ki, bizdə idman siyasətinin konsepsiyası yanlışdır. İdmanla intellektual səviyyə bir olmalıdır. Məsələn, Sovet dövründə orta məktəblərdə normal oxumayanları idmana buraxmırdılar. Yəni əsas risk qrupları asosial insanların olduğunu nəzərə alıb deyə və görə bilərik ki, Narko istifadəçilərin çoxunun savadı azdır. Bunları araşdırıb təhlil edib, səciyyəvi qruplara uyğun iş aparılmalıdır.
Yani Narkomaniya ilə bağlı tədbirləri hər hansı bir fəal və öndə olan gənclərə keçməklə gördüyümüz kimi müsbət nəticə, effekt yoxdur, hətta əksidir.
Narko tacirlərin hər yolla külli miqdarda “pul qazanma” cəddi bütün dünyada var və hələ ki, pulun gücünə onlar qalibdir.
Ümumiyyətlə Narkomaniya ilə əlaqədar bütün aidiyyəti qurumlara daha ciddi nəzarət və narkotacirlərlə əlaqəli bütün cəzalar daha da artırılmalıdır. Bunun üçün isə külli miqdarda vəsait və həqiqətən işində vicdanlı insanlar olmalıdır.

Kimsə bu yazımdakı kimi “Malıdır-Məlidir” şəkilçilərdən çox istifadə etdikdə, mən o yazıya ciddi yanaşmıram. İndi qeyri ciddilik olmasın, bu yazdığım “Malıdır Məlidir”siz bu Narkomaniya bəlasının müsbət həllini tapa bilməyəcəyik.
Mübarizəyə davam.

Emil Maqalov AzTimes.az


Abunəlik