Niyə bəzi obrazlar yaddaşımızda qalır, bəziləri isə qalmır? – Alimlər araşdırdı

Baxılıb:136
Niyə bəzi obrazlar yaddaşımızda qalır, bəziləri isə qalmır? – Alimlər araşdırdı

Yale Universitetinin tədqiqatçılarının yeni araşdırması bəzi şəkillərin niyə digərlərindən daha çox insanların yaddaşında qaldığını aydınlaşdırmağa səbəb olub.

“Beyin düzgün izah edə bilmədiyi şeyləri yadda saxlamağa üstünlük verir. Əgər hansısa səhnə proqnozlaşdırıla bilən və təəccüblü deyilsə, ona məhəl qoyula bilməz”, deyə nəticələri “Nature Human Behavior” jurnalında dərc olunan tədqiqatın müəllifləri deyiblər.

Tədqiqatçılar yaddaşın formalaşmasının iki mərhələsini – vizual siqnalların sıxılmasını və onların yenidən qurulmasını nəzərə alan hesablama modeli hazırlayıblar.

Tədqiqat zamanı bir sıra eksperimentlər aparılıb və insanlardan tez bir zamanda göstərilən şəkillər ardıcıllığından xüsusi şəkilləri yadda saxlayıb-saxlamadıqları soruşulub.

Bu zaman onlar müəyyən ediblər ki, hesablama modeli üçün təsviri yenidən yaratmaq nə qədər çətin olsa, çox güman ki, izah etmək və ya başa düşmək daha çətin olduğu üçün, tədqiqat iştirakçılarının onu xatırlama ehtimalı bir o qədər yüksəkdir.


Abunəlik