Nikol Paşinyan Rusiyaya GEDƏCƏK – YENİLƏNİB

Baxılıb:151
Nikol Paşinyan Rusiyaya GEDƏCƏK – YENİLƏNİB

Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfərinə hazırlıq gedir.

Aztimes.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.

***

11:27
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfər etməyi planlaşdırır.

Aztimes.az xəbər verir ki, məlumatı TASS yayıb. Məlumata görə, səfər aprelin 9-da nəzərdə tutulub.

“Biz bu səfərə hazırlıq görürük. Səfərin yüksək səviyyədə və daha əhatəli, məhsuldar keçməsi üçün vacib olanların hamısını etmək lazımdır”, – Paşinyan hökumətin martın 10-da keçirilən iclasından sonra bildirib.

Qeyd edək ki, N.Paşinyan martın 9-da Fransaya işgüzar səfər edib.


Abunəlik