Nikol Paşinyan Anna Akopyanı nazir müavini təyin etdi – FOTO

Baxılıb:118
Nikol Paşinyan Anna Akopyanı nazir müavini təyin etdi – FOTO

Anna Akopyan Ermənistanın iqtisadiyyat nazirinin müavini təyin olunub.

Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, müvafiq qərar Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan tərəfindən imzalanıb.

Lakin bir sıra KİV-də gedən məlumatların əksinə olaraq, yeni təyin olunan nazir müavininin Paşinyanın həyat yoldaşı olmadığı bildirilib.

Belə ki, adıçəkilən məmurun 1980-ci ildə Gümrüdə doğulduğu qeyd olunub.

Hökumət başçısının xanımı isə 1978-ci ildə İrəvanda anadan olub.


Abunəlik