“Neqativ enerjini, kompyuterə düşən virusla müqayisə etmək lazımdır”- PAŞA YAQUB
Görünən hər şeyin fəlsəfi bucağı və özünə məxsus enerjisi var. Müsbət, mənfi enerji insanlara da aiddir. Evdə mübahisə, adam itkisi, ölüm və.s olubsa, qarşı tərəf inanmasa belə neqativ enerji özünü sıxıntı, halsızlıq, yuxusuzuq, elektrik avadanlıqlarının tez-tez sıradan çıxması, maddi problemlər kimi göstərəcək. Mövzuyla bağlı, həkim-psixoterapevt, psixoloq Paşa Yaqubla həmsöhbət olduq:
-İndiki dövrdə neqativ enerjinin bu dərəcədə artmasına səbəb nədir?
Onun müxtəlif səbəbləri var. Məsəslən, insanların bir-birinə paxıllıq hissi ilə baxması kimi nümunələr göstərmək olar. İnsanlarda iqtisadi vəziyyət aşağı olduqca, dolana bilmir və başqaına həsəd aparır. İstəmədən digər şəxslərdə gözü qalır. Daha sonra, bəd nəzərlər var. Bu da neqativ enerjiyə səbəb olan amillərdəndir. Digər bir səbəb isə sosial şəbəkələrdir. Burda neqativ yazıların olması, magiyaya aid şəkillərin olması ( cin, şeytan şəkilləri)neqativ enerjinin əsas mənbəyi sayıla bilər. Həmin şəkillərdən mənfi enerji insanlara yayılır.
-Ümumiyyətlə energetik qorunma üçün nə lazımdır?
İnsanlara mənfi enerji gətirən amillərdən uzaq olmalıdır. Məsələn, insanların, daha çox da xanımların kofeylə fala baxması da mənfi enerjini yükləyir. Mən, insanlara belə şeylərdən uzaq durmasını məsləhət görərdim. Bir növ vahimədən, neqativ enerji yaranır. Bu da xəstəliyə səbəb olur. Ən çox xəstəlik qorxudan, vahimədən yaranır. Qorxulu şeylərdən uzaq durmaq lazımdır. Ürəkaçan nəyəsə baxmaq insana müsbət enerji gətirir. Qorunmağın əsas üsullarından biri də, təbiətlə daha çox təmasda olmaqdır.
-Bəs nələr bizi mənfi enerjidən qoruyur?
Xoş işlər, yaxşı əməllər bizi mənfi enerjidən hər zaman qoruyur. İnsanın niyyəti, əməli xoşdursa, o mənfi enerjidən qorunacaq. Qurbanın kəsilməsi, ehsanın verilməsi də neqativlikdən qoruyan amillərdəndir. Bu zaman insan başına gələcək bəlaların, hadisələrin bir növ qarşısını almış olur. Olunan yaxşılıqlar pis enerjilərin qarşısını alır.
-Bəs evimizdən, ümumiyyətlə ailədə neqativ enerjini necə təmizləmək lazımdır?
Dediyim kimi, müəyyən qurban kəsməklə etmək mümkündür. Neqativ enerji, lori dildə “gözə gəlmək” deməkdir.
-Neqativ enerji hardan yaranər və insan sağlamığına necə təsir edir?
Neqativ enerjini kompyuterə düşən virusla müqayisə edək. Kompyuter insanın alt kopyasıdır. Orda hansı proseslər gedirsə, həmin proseslər insanda da gedir. Sadecə insan bunu dərk eləmir. Virus yayılr kompyuterə və müəyyən faylları silir. Neqativ enerji də, bu tip şeydir. Düşür insana və sevgi hissini və inamı silir. Bundan sonra insan sevgisiz olur və sağlamlığını itirmək zorunda qalır. Sonunda insan həyatı uğursuzluqla nəticələnir. Mənim metodlarım əsasən fizika qanunlarına əsaslanır. Necə ki, komyuteri ustaya aparırsan və virussları silib, yeni fayllar yükləyir. Məndə də elədir. Mən insanı seans edən də, neqativ enerjilər sanki format olur. Növbəti seanslarda pozulmuş mənfi enerjilər, müsbət enerjilərlə yüklənmiş olur.
-Bəzi insaların pozitiv, bəzilərinin isə neqativ enerji verməsinin səbəbi nədir?
Elə adamlar varki, onlar doğuşdan neqativ enerjiylə doğulurlar. Uşaq böyüdükcə onda neqativ enerji qalmış olur. Müəyyən qədər insanlara paxıllıq hissi və kin-küdurəti olur. Sanki cəmiyyətə özünü uğursuz insan kimi göstərməyə çalışır. Belə insanlar öz neqativ enerjilərini, digərlərinə də ötürmüş olurlar. Adicə, heyvanlar, ağaclar da enerji ötürə bilirlər. Qoyun da, it də, dovşan da, ilan da və s. hamısı heyvandır. Amma heç kim istəməz ki, otağında ilan olsun. Amma hamı arzulayar ki, yanında ceyran, maral olsun. Çünki bu heyvanlar müsbət enerji ötürür. İnsanlar iki cür ruhlu olur. Müsbət ruhlu və mənfi ruhlu insanlar. Müsbət ruhlu insanların heç bir yaxşlığı dəyməsə də, amma onları görəndə sevinirsən.
AzTimes.az