Nazirlikdən əhaliyə hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Baxılıb:160
Nazirlikdən əhaliyə hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Nazirliyin yaydığı məlumatda deyilir:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 18-dən 19-u səhərədək ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında güclü külək əsəcəyi proqnozlaşdırılır.

Gözlənilən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli olmağı və müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir.

Xüsusilə, bu mövsümdə insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir”.


Abunəlik