Nazirlikdə yeni TƏYİNAT – FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadr islahatı olub.
Aztimes.Az-ın məlumatına görə, bu barədə nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdül-Qədirov əmr imzalayıb.
Əmrə əsasən, Tural Qurbanov Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin edilib.
Qeyd edək ki, T.Qurbanov bundan əvvəl Azərbaycan Televiziyasında (AzTV) çalışıb.