Nazir rəis müavinini vəzifəsindən azad edib – ƏMR

Baxılıb:278
Nazir rəis müavinini vəzifəsindən azad edib – ƏMR

Daxili işlər orqanlarında yeni təyinat olub.

APA-nın məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzaladığı müvafiq əmrə əsasən, Xəzər rayonu 3-cü Polis Bölməsinin rəis müavini polis polkovnik-leytenantı Seymur Qarayev vəzifəsindən azad edilərək 24-cü Polis Şöbəsinə rəis təyin olunub.

Qeyd edək ki, bir müddət əvvəl 24-cü Polis Şöbəsinin rəisi Cövdət Məmmədov tutduğu vəzifədən azad edilərək, 6-cı Polis Şöbəsinə rəis təyin edilib.


Abunəlik