Naxçıvanda otel müştərilərə narkotik təklif edir
Naxçıvanın “Duzdağ” hoteli müştərilərə narkotik təklif edir.
AzTimes.az Open.az-a istinadən xəbər verir ki, hotelin rəsmi saytının rus və ingilis versiyasında “Restoran və bar” bölməsində yemək və narkotik təklifi barədə məlumat yerləşdirilib.
Məsələ ilə bağlı hoteldən verilən açıqlamaya görə, ola bilər ki, səhv olub: “Yalnışlıq baş verib. Belə bir şey ola bilməz. Səhv tez bir zamanda aradan qaldırılacaq”.
Məlumat üçün bildirək ki, saytın Azərbaycan və türk versiyasında həmin təklif yeməklər və içkilər kimi qeyd edilib.
Qeyd edək ki, saytımıza açıqlama verildikdən sonra sözügedən səhv rus versiyasında düzəldilsə də, ingilis versiyasında hələ də qalmaqdadır.
Fotoları təqdim edirik: