Naxçıvanda falçıların səhifəsini oğurlayan gəncdən İNANILMAZ FIRILDAQ: sevgilisinin…

Baxılıb:28
Naxçıvanda falçıların səhifəsini oğurlayan gəncdən İNANILMAZ FIRILDAQ: sevgilisinin…

Naxçıvan Muxtar Respublikasında film kimi dələduzluq hadisəsi baş verib.

Babək rayonunun Güznüt kəndində yaşayan 25 yaşlı Abbas Məmmədlinin falçılara məxsus “baxıcı_nl” və “baxma_666” adlı səhifələrin parolunu sındıraraq ələ keçirməsi məlum olub.

Müəyyən edilib ki, Abbas Naxçıvanda Yasəmən (şərti) adlı qızla tanış olub. Lakin bir neçə gün sonra həmin qız Abbasdan ayrılıb. Qızın baxıcı səhifələrinə yazdığını bilən Abbas bundan sonra falçılara məxsus səhifələri ələ keçirərək, falçı Nailə və Bahar adı ilə onunla yazışmağa başlayıb. Bu yolla o, Yasəməni özünə yönləndirib və münasibətini bərpa edib. Həmçinin Abbas qızı aldadaraq bəzi şəxslərin sağalması, ölməmələri, işlərin düzəldilməsi, xoşbəxtlik yolları və s. adlarla ondan hissə-hissə 36250 manat pul alıb.

Qızın atası evdə saxladığı pulların yoxa çıxdığını görəndən sonra hər şeyin üstü açılıb və polisə müraciət edilib. Yasəmən pulları falçılara verdiyini bildirib. Polis isə falçıların adı ilə yazan şəxsin əslində Abbas olmasını müəyyən edərək onu saxlayıb. Gənc oğlan barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq) maddəsi ilə iş açılıb.

Həbs ediləcəyini görən Abbas pulların böyük hissəsini, yəni 30 min manatını polis idarəsində və məhkəmədə qızın ailəsinə qaytarıb. O, yerdə qalan 6250 manat pulu da hər ay 1000 manat olmaqla qaytarmağa söz verib.

Cinayət işinə Naxçıvan Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Abbas Məmmədli 2 il 3 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Onun ayağına elektron qolbaq taxılıb və Naxçıvan hüdudlarını tərk etməsi qadağan olunub.


Abunəlik