NATO qoşunları Rusiya ilə sərhəddə – Xəzər dənizi hədəfə alındı
NATO ölkələrinin Arktikada Rusiya ilə sərhəddə əməliyyatlarını gücləndirmək üçün növbəti addımı çərçivəsində Norveçdə desant əməliyyatları mərkəzi yaradılıb.
Bu barədə “Newsweek” məlumat yayıb.
Qeyd etdilib ki, bu mərkəz Surreysdə yerləşir və amerikalı, eləcə də Britaniya və Hollandiya kontingentinin hazırlanması üzrə ixtisaslaşıb.
Norveçin öz hava-desant qoşunları yoxdur, lakin onun xüsusi təyinatlı hissələrinin bir hissəsi regionda yerləşir.
Norveçin müdafiə naziri Björn Arild Gramın sözlərinə görə, Norveç ölkəni və Şimali Avropa regionunu hipotetik müharibədən qorumaq üçün “birgə təlim keçirməyə borcludur”.
Noyabrın 26-da Rusiya FTB-nin direktoru Aleksandr Bortnikov bildirib ki, NATO-nun hərbi təhlükəsi durmadan artır. Şimali Atlantika Alyansı Arktika və Baltik dənizi regionlarına nüfuz etməklə yanaşı, öz imkanlarını genişləndirməyə çalışır, Qara dəniz və Xəzər dənizinə çıxış yolu axtarır.