Narkotik yetişdirən Şəmkir sakini saxlanıldı-FOTOLAR
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzTimes.az-a verilən məlumata görə, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Siyavuş Sərxanlı kənd sakini Sahib Məmmədova məxsus, fərdi yaşayış evinin həyətyanı sahəsindəki istixanadan xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə – Kannabis bitkiləri aşkarlanaraq götürülüb. İstixanaya baxış zamanı oradan 12 ədəd çətənə kolu aşkar olunub.
Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını özü şəxsi istifadə məqsədi ilə becərdiyini bildirib Faktla RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.