Narkotik vasitə qəbul edən şəxsin görüntüləri araşdırılıb

Baxılıb:155
Narkotik vasitə qəbul edən şəxsin görüntüləri araşdırılıb

Polis tərəfindən sosial şəbəkələrdə Yasamal rayonunda yaşayış binalarının birində narkotik vasitə qəbul edən şəxsin görüntüləri araşdırılıb.

DİN Mətbuat Xidmətindən AzTimes.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi və 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1978-ci il təvəllüdlü, Abşeron rayon sakini Emil Dadaşov müəyyən olunaraq saxlanılıb.

Müdafiəçisinin iştirakı ilə saxlanılan şəxsin üzərinə videoçəkilişlə baxış keçirilib, onun üzərindən narkotik vasitə aşkar olunaraq götürülüb.

Fakt üzrə araşdırmalar davam etdirilir.


Abunəlik