“Narkotik istifadəçisi mal vurur, polis buna baxmır” QHT sədrindən ŞOK açıqlama-VİDEO
Azərbaycanda gənclər arasında narkomaniyanın sürətlə yayılması cəmiyyətin əsas bəlasıdır .
AzTimes.az xəbər verir ki,əsələ ilə bağlı bir çox ekspertlər fikir söyləyir, çıxış yolları təklif edir . Son zamanlar bu mövzuda sosial şəbəkələr üzərindən ən çox çıxışlarına rast gəldiyimiz Narkomaniya üzrə ekspert
Səhiyyə nazirliyinin Riskin Azaldılması layihəsinin Sumqayit üzrə Koordinatoru Emil Maqalovdur. Onun şəbəkə istifadəçiləri tərəfindən marağa səbəb olan çıxışları həqiqətən də cəmiyyət üçün yararlıdır. Son çıxışında narkomaniyanın yayılma səbəbi kimi bundan xəbərdar olub aidiyyatı qurumları məlumatlandırmayan şəxsləri qınaq hədəfinə çevirən ekspert “Narkotik istifadəçisi mal vurur, polis buna baxmır deyənlər bilməlidir ki, istifadəçi 500 nəfərdir, polis beş. Biz hamımız həmrəy olmalıyıq ki, polisə yardım edək. Həm də gəncliyimizə.”
Videonu olduğu kimi sizə təqdim edirik: