“Narkotikə YOX!” çağırışı ilə futbol turniri uğurla başa çatdı

Baxılıb:75
“Narkotikə YOX!” çağırışı ilə futbol turniri uğurla başa çatdı


31 may 2025-ci il tarixində, saat 17:30-da Sumqayıt şəhərinin 17-ci mikrorayon ərazisində yerləşən Olimpiya Kompleksində “Regional Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə xüsusi və yaddaqalan bir tədbir keçirildi. 24 il öncə keçirilmiş ənənəvi futbol turniri bu dəfə “Narkotikə YOX!” devizi ilə yenidən həyata qaytarıldı.
Tədbirin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, asudə vaxtın səmərəli təşkili və narkotik vasitələrin zərərlərinə dair maarifləndirmə idi. Turnir çərçivəsində yalnız idman yarışmaları deyil, eyni zamanda nostalji və maarifləndirici məqamlar da tədbir iştirakçılarına təqdim olundu.
Gənclər, veteran futbolçular və ictimai fəallar bir araya gələrək həmrəyliyini nümayiş etdirdilər. Turnir iştirakçıları arasında müxtəlif yaş qruplarından olan şəxslər yer aldı və bu, tədbirin nə qədər geniş auditoriyaya xitab etdiyini göstərdi. Veteran oyunçular illər öncəki xatirələrini bölüşərək, gənclərə həm futbolun ruhunu, həm də sağlam həyatın önəmini çatdırdılar.
Tədbirin sonunda qalib komandalar və fərqlənmiş iştirakçılar müxtəlif diplom və xatirə hədiyyələri ilə təltif olundu. Maraqlı çıxışlar və ictimai fəalların çağırışları ilə tədbir daha da mənalı və təsirli şəkildə yekunlaşdı.
“Regional Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi olaraq inanırıq ki, bu kimi təşəbbüslər gənclərimizi zərərli vərdişlərdən uzaq tutmaqla yanaşı, onları bir araya gətirərək həmrəy cəmiyyətin formalaşmasına xidmət edir. Turnirin davamlı ənənəyə çevrilməsi üçün növbəti illərdə də bu təşəbbüs davam etdiriləcək.


Abunəlik