“Narkomaniya və sağlam həyat tərzi” mövzusunda təlim keçirildi-FOTOLAR

Baxılıb:193
“Narkomaniya və sağlam həyat tərzi” mövzusunda təlim keçirildi-FOTOLAR

23 fevral 2022-ci il tarixində, Qardağ rayonu Lökbatan qəsəbəsində yerləşən “Qobu Park” yaşayış kompleksində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra edilən “İcma səviyyəsində sağlam həyat tərzi üzrə maarifləndirmə və narkotik vasitələrdən istifadə üzrə profilaktiki tədbirlərin təşkili” layihəsi çərçivəsində “Narkomaniya və sağlam həyat tərzi” mövzusunda təlim keçirilmişdir. Təlimidə hədəf ərazidə fəaliyyət göstərən orta ümumitəhsil məktəblərinin yuxarı sinif şagirdləri, valideynlər, yeniyetmə və gənclər olmaqla 26 nəfər (11 qadın 15 kişi) iştirak etmişlər.
Təlim narkomaniya üzrə ekspert Emil Maqalovun təqdimatı ilə keçirilmişdir. Emil Maqalov təqdimatında narkotik vasitələrin növləri, onlardan istifadə, yaratdığı fəsadlar və s. barədə ətraflı məlumatlar vermiş, faktlara əsaslanan misallarla mövzuya dair bilgiləri iştirakçılara çatdırmışdır.
Tədbirdə iştirak edən valideynlər çıxış edərək müasir dövrümüzdə insanlıq üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, yeniyetmə və gənclər arasında narkomaniyanın qarşısının alınması istiqamətində daim ictimai nəzarətin zəruriliyindən bəhs etmiş, eləcə də narkomaniyanın səbəb olduğu faciələrdən real nümunələr gətirmişlər.
Təlimin sonunda ekspert Emil Maqalov iştirakçıların suallarını ətraflı cavablandırmışdır.

“Ümid” SİD İB-nin İnformasiya yayım xidməti!

AzTimes.az


Abunəlik