“Nar” istifadəçilərini bu cür aldadır – ŞİKAYƏT + FOTOLAR

Baxılıb:652
“Nar” istifadəçilərini bu cür aldadır – ŞİKAYƏT + FOTOLAR

Ölkənin ən böyük mobil operatorlarından olan “Nar”dan xüsusilə son günlərdə istər Bakıda, istərsə də regionlarda mobil operatordan şəbəkə problemləri ilə bağlı narazıçılıqlar artıb.
Bundan savayı “Nar”ın “Limitsiz internet” tarifi ilə bağlı istifadəçilərinə qarşı etdiyi haqsızlıqla bağlı az qala ölkənin bütün yerlərindən şikayətlər səngimir.
AzTimes.az xəbər verir ki, daha əvvəllər istifadəçilər internet paketi bitdikdə 64 kb/san limitsiz internetdən istifadə edirdilər. Lakin son günlərdə şirkət heç bir istifadəçisini xəbərdar etmədən həmin kampaniyanı dayandırıb, müəyyən təyin olunmuş aşağı sürətli internet təqdim edib, o həcm bitdikdən sonra isə internet istifadəsinə görə müəyyən məbləğ balansdan çıxıb. İstifadəçilər bundan yalnız paketləri bitdikdən və ya balansdan pul çıxarıldıqdan sonra xəbər tutublar.
Şirkət isə istifadəçilərin haqlı narazılıqlarına cavab olaraq bildirir ki, doğrudur, həmin kampaniya artıq mövcud deyil və bu barədə “Nar”ın rəsmi saytında məlumat verilib.
Açıqlama isə həqiqətən gülüncdür. Hər kəsə məlumdur ki, televiziya, radio, sosial şəbəkələr, toplu mesaj xidmətlər ola-ola, şirkətin rəsmi saytında məlumat paylaşmaq və bununla özlərini haqlı çıxarmaq sadəcə qeyri-peşəkar kimi görünür.
Qeyd edək ki, bu hadisədən sonra bir çox istifadəçilər mobil operator nömrələrindən imtina etməyə başlayıb.
Məsələ diqqətimizdədir.

/ictimai.az


Abunəlik