“Napoli”nin çempionluğu azarkeşlərə baha başa gəldi: 39 nəfər yaralandı
İtaliya A Seriyasında “Napoli”nin çempionluğu azarkeşləri tərəfindən böyük təntənə ilə qeyd olunub. Lakin həmişə olduğu kimi, işlər gözlənildiyi kimi rəvan getməyib.
Yerli polis yaranan iğtişaşlara cavab verməli olub.
Şənliklər zamanı 39 nəfərin yaralandığı bildirilir. Ən aqressiv azarkeşlər isə polis tərəfindən həbs ediliblər. 3 nəfər polis bölmələrinə aparılıb.
Bir nəfərin kütləvi tədbirlərə odlu silahla qatıldığı bildirilir. Həmin şəxs saxlanılıb, silahı müsadirə edilib. Saxlanılan şəxsin “TikTok”da 200 min abunəçisi olan 26 yaşlı bloqer olduğu üzə çıxıb.
