Nəzarətsiz ərazidə çimən 9 nəfər faciədən son anda qurtuldu
Batmaq təhlükəsi ilə üzləşən 9 nəfər xilas olunub.
Fövqəladə Hallar Nazirliyindən AzTimes.az-a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Buzovna, Hövsan, Qızılqum, və Mərdəkan sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 9 nəfər xilas olunub.