Nəsimidə 1 nəfər intihara cəhd etdi
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Yasamal, Nərimanov və Suraxanı rayonları ərazilərində ümumilikdə 4 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmaları, Nəsimi rayonu ərazisində 1 nəfərin intihara cəhd etməsi, həmçinin Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 1 nəfərin ağır çəki səbəbilə mənzili tərk edə bilməməsi barədə məlumatlar daxil olub.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.
Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 4-ü azyaşlı olmaqla 6 nəfər xilas edilərək aidiyyəti üzrə təhvil verilib.