Nərmin Quliyevanın qətli ilə bağlı sensasion səs yazısı yayıldı – VİDEO

Baxılıb:131
Nərmin Quliyevanın qətli ilə bağlı sensasion səs yazısı yayıldı – VİDEO

Tovuzda qətlə yetirilən Nərmin Quliyevanın ölümü ilə bağlı sosial şəbəkələrdə yayılmış auidio yazı istintaq-əməliyyat qrupuna təqdim edilib və araşdırma aparılır.

Bunu Modern.az-a açıqlamasında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov sosial şəbəkələrdə 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı yayılan səsyasına münasibət bildirərkən deyib.

Həmin səs yazısında N.Quliyevanın qatilinin hazırda həbsdə olan İlkin Süleymanov deyil, Altay adlı kənd sakini olduğu iddia edilib.

Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İ.Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib, barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
AzTimes.az.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir