“Müşfiq” və “Zabrat” yarımstansiyaları istifadəyə verilib, Prezident İlham Əliyev tədbirdə iştirak edib

Baxılıb:138
“Müşfiq” və “Zabrat” yarımstansiyaları istifadəyə verilib, Prezident İlham Əliyev tədbirdə iştirak edib

Dekabrın 29-da Bakının Səbail rayonunun Badamdar qəsəbəsində “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 220/110/10 kilovoltluq “Müşfiq” və 110/35/10 kilovoltluq “Zabrat” yarımstansiyaları istifadəyə verilib.

“Report” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

“Azərenerji” ASC-nin prezidenti Baba Rzayev yarımstansiyalarda görülən yenidənqurma işləri barədə dövlətimizin başçısına məlumat verib.

Bildirilib ki, 2018-ci ilin sentyabrından ölkəmizin enerji sistemində islahatların keyfiyyətcə yeni mərhələsinə start verilib, yerli və xarici mütəxəssislərin rəyi nəzərə alınmaqla 2018-2021-ci illəri əhatə edən mükəmməl Reabilitasiya Proqramı hazırlanaraq dərhal icrasına başlanılıb. Bu proqramın həyata keçirilməsində əsas məqsəd itirilmiş gücləri bərpa etmək, enerji sisteminin etibarlılığı və dayanıqlılığını təmin edib inkişafa nail olmaqla yanaşı, 800 meqavatdan artıq “itirilmiş” gücü bərpa etməkdir.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir