“Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir”
Azərbaycanın mülki əhalisi, demək olar ki, hər gün Ermənistan tərəfindən yerləşdirilmiş milyonlarla mina ilə üzləşir.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb.
H.Hacıyev xatırladıb ki, bu gün daha bir mina partlayışı baş verib və ANAMA-nın minatəmizləmə əməliyyatçısı ağır yaralanıb.