Mühasib olmaq istəyənlərin DİQQƏTİNƏ: Qaydalara dəyişiklik edildi

Baxılıb:141
Mühasib olmaq istəyənlərin DİQQƏTİNƏ: Qaydalara dəyişiklik edildi

“Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edilib.

Oxu.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, 3.2.1-ci yarımbəndində göstərilən sertifikatı əldə etmiş peşəkar mühasiblər aşağıdakı mikro və kiçik sahibkarlıq subyektinə aid edilən paylarının nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və orta sahibkarlıq subyektlərində baş mühasib vəzifəsini tuta bilərlər.

Qeyd edək ki, imtahandan müvəffəqiyyətlə keçmiş şəxslərə 3.2.1-ci bəndə əsasən Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı verilir.


Abunəlik