Müharibə yönümlü QHT-lər İttifaqı”-nın iclası kecirildi
AzTimes.az xəbər verir ki, “Müharibə yönümlü QHT-lər İttifaqı”-nın iclası baş tutub.
İclasda, İttifaqa üzv olan bütün İctimai Birlik (İB) sədrləri özləri və rəhbərlik etdikləri İB haqqında qısa məlumat verdilər. Daha sonra səsvermə ilə iclasa sədr və katib seçildi.
İclas sədri bütün İttifaq üzvlərinə reqlamentlə söz verdi, təkliflər dinlənildi, katib qeydlər etdi.
Daha sonra cari məsələlər müzakirə edildi.
İttifaq üzvləri növbəti iclas üçün belə qərara gəldi:
-“Müharibə yönümlü QHT-lər İttifaqı”-nın nizamnaməsi və məramnaməsi müzakirəyə çıxarılsın, təsis edilsin.
-“Müharibə yönümlü QHT-lər İttifaqı”-na sədr olacaq namizədlər üzvlərə təqdim edilsin. Səsvermə yolu ilə sədr və idarə heyyəti seçilsin.
-“Müharibə yönümlü QHT-lər İttifaqı”-nın loqosu və ərizə blankı hazırlansın.
Qarşıda duran bu və ya digər məsələlərin həlli üçün, 7 nəfərdən ibarət koordinasya heyyəti seçildi. Koordinasiya heyyətinin rəhbəri Qazi Firudin Memmedov seçildi.