Müğənni xaricdə qəflətən vəfat etdi

Baxılıb:750
Müğənni xaricdə qəflətən vəfat etdi

Opera müğənnisi Eldar Əliyevin nəşinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır. 

Bu barədə a  Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bununla bağlı Dövlət  Miqrasiya Xidmətinə müraciət olunub. 

“Onun nəşinin vətənə gətirilməsi üçün şəxsi pasport məlumatlarına ehtiyac var. O, sonuncu dəfə 2000-ci ildə pasport alıb.

Arxiv məlumatlarını əldə etdikdən sonra müvafiq sənədlər toplanılaraq İtaliyanın Azərbaycandakı səfirliyinə müraciət olunacaq”, – deyə məlumatda qeyd olunur. 

Qeyd edək ki, İtaliyada çalışan opera müğənnisi Eldar Əliyev avqustun 4-də Milan şəhərində 49 yaşında vəfat edib. 


Abunəlik