Müğənni DTX-ya səsləndi:”Zəhmət olmasa bu Musayla görüşün”

Baxılıb:454
Müğənni DTX-ya səsləndi:”Zəhmət olmasa bu Musayla görüşün”

AzTimes.az xəbər verir ki, bu sözləri müğənni Vüqar Muradov şəxsi “Facebook” hesabında yazıb. O, Qax rayonunda baş verən özbaşınalıqlara etiraz bildirən sakinlərlə həmfikir olaraq bunları yazıb:

“Qaxın icra başçısı Musa Şəkiliyev ya Qax camahatına dəyər ver,problemlərini həll et,şəhidin ailəsinə qazilərə sahib çıx yadakı şələ şüləni yığışdır rədd ol get tutduğun vəzifədən,Sən oğullarını müharibədə gizlətdin amma Sadiq canını qoydu vətən uğrunda,sən Qaxlıların 1 nömrəli düşmənisən,sənə bütün Qaxlılar nifrət edir,kişiliyin qalıbsa zərrə qədərdə olsa ərizəni yaz bas bayıra,Şəhidimin ayaqqabısında olan qeyrət sənin özündə yoxdur,”əvvəl necə kasıb yaşamısız indidə elə yaşayın”bu sözü yataqxanada ailəsi 3 uşağı qalan şəhid Polkovnik leytenant Sadiq Məmmədovun ailəsinə deyib bu meşəbəyi musa,ağıllı ol musa ağıllı ol,prezidentin şəhid ailələrinə qazilərə ayırdığı pulları yemisən üstündən suda içmisən,zəhər edərik sənə yediklərini DTX bir zəhmət bu musayla görüşün sizə güvənirik.”

Nəzərinizə çatdıraq ki, müğənni 44 günlük savaşda könüllü olaraq iştirak edib.


Abunəlik