Müdafiə Nazirliyindən vacib AÇIQLAMA
Müdafiə Nazirliyi Xocavənd rayonunda silahlı insident baş verməsinə dair yayılan iddialara aydınlıq gətirib.
Nazirliyin Mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələrinin Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində guya atəş açması barədə erməni mətbuatında yayılan məlumat yalandır və həqiqəti əks etdirmir.