Müdafiə Nazirliyi ötən gün şəhid olan və yaralanan hərbiçilərin adlarını açıqladı

Baxılıb:289
Müdafiə Nazirliyi ötən gün şəhid olan və yaralanan hərbiçilərin adlarını açıqladı

“Noyabrın 16-da Ermənistanla dövlət sərhədində baş verən hərbi toqquşmalarda Azərbaycan ordusunun 7 hərbçisi şəhid olub, 10 nəfər yaralanıb”.

AzTimes.az xəbər verir ki, məlumatı Azərbaycan Müdafiə Nazirliyi noyabrın 17-də yayıb.

Nazirlik döyüş əməliyyatları zamanı həlak olan hərbi qulluqçuların adlarını da açıqlayıb:

Leytenant Ümid Niftəliyev, gizir Orxan Cabbarov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Natiq Əliyev, əsgərlər Elçin Ağayev, Elmin Əlizadə, Elçin Əliyev və Murad Xəlilov.

Məlumatda bildirilir ki, döyüşlərdə 10 nəfər hərbi qulluqçu yaralanıb.


Abunəlik