Mübahisə bıçaqlanma ilə bitdi
Ucar rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bu barədə Oxu.Az-a hüquq mühafizə orqanlarından məlumat verilib.
Rayonun Lək kənd sakinləri olan – Aslan Həsənli və Rövşən Vəzirov arasında mübahisə baş verib.
Bu zaman A.Həsənli R.Vəzirovu bıçaqlayıb.
R.Vəzirov Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.